"Qarabağ"a iki müjdəli xəbər (korner.az)
26 Fev 2010
"Qarabağ"a iki müjdəli xəbər (korner.az)
Ölkə kubokunun 1/4 final oyunlarına hazırlığı bərpa edən "Qarabağ"Suraxanı qəsəbə stadionunda məşqlərini davam etdirir. Komandanın hazırlıq prosesində millinin heyətinə çağırılmış 9 futbolçu iştirak etmir. Buna görə də məşqlərə əvəzedici heyətin bir neçə oyunçusunu da qatmaq məcburiyyətində qalıb.
Artıq "Xəzər Lənkəran"la oyunda zədələnən Emin İmaməliyev fərdi məşqlərə başlayıb. Türkiyədəki təlim-məşq toplanışı zamanı zədələnən Georgi Adamiya isə sağalıb və ümumi hazırlıqda iştirak edir.