`Qarabağ`(Azərbaycan) 0 - 2 `Mordoviya`(Rusiya) CANLI

`Qarabağ`(Azərbaycan) 0 - 2 `Mordoviya`(Rusiya) CANLI
`Qarabağ`ımız Qızılcahamamda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxır. Rəqib isə Rusiya təmsilçisi `Mordoviya`dır.
`Qarabağ`ımızın start heyəti: Fərhad Vəliyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, İlqar Qurbanov, Namiq Yusifov, Qara Qarayev, Riçard Almeyda, Reynaldo, Vüqar Nadirov, Kapo
Matç başladı..
İlk dəqiqədə Qara və Fərhadın bir-birini başa düşməməsi birincinin topu öz qapımızdan keçirməsinə səbəb oldu
Reynaldonun zərbəsini qapıçı tuta bildi.
Qapımız önündə təhlükə yarandı. Ancaq son anda Teli topu uzaqlaşdıra bildi.
Bu dəqiqələrdə meydanda güzəştsiz mübarizə gedir. Komandalar sərt oyundan çəkinmirlər.
Görüşün 30-cu dəqiqəsində `Qarabağ` yaxşı imkan əldə etdi. Lakin qapıçı ilə təkbətək mübarizəyə yollanan Kaponun dəqiq zərbə vurmağına rəqib müdafiəçi imkan vermədi.
Vüqar Nadirovun qüvvətli zərbəsini `Mordoviya`nın qapıçısı tutdu.
Riçard Almeyda zədələnərək meydanı tərk etdi.
0:2. Cərimə zərbəsindən sonra qapımızda qol gördük. Yevgeniy Lutsenkonun baş zərbəsi dəqiq oldu.
Komandalar fasiləyə yollandı.