`Qarabağ`da 2 yeni ad, yeni rəqib

single-news
16 İyn 2010

`Qarabağ`da 2 yeni ad, yeni rəqib



`Qarabağ` komandası Qızılcahamamda təlim-məşq toplanışını davam etdirir. Gündə iki dəfə hazırlıq keçən komandamız fiziki hazırlığı yüksəltməkdədir. İyulun 1-ində Avroliqada ilk rəqibiylə qarşılaşacaq komandamız sıralarında yeni futbolçuları da sınayır. Komandamız sabah səhər ilk çalışması yerinə yetirəcək. Axşam isə komandamız futbolçuların ümumi hazırlığını yoxlamaq üçün `Qızılcahamam Belediyyespor` ilə qarşılaşacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov eyni zamanda bu oyunda baxışa gələcək futbolçuların da funksional hazırlığını yoxlayacaq. Belə ki, komandamızın düşərgəsində iki futbolçu var. Hücum xəttində çıxış edən Jijnov və Baldavaliyevə qiymət veriləcək. Jijnovdan fərqli olaraq, Zoran Baldavaliyev ölkəmizə tanışdır. Makedon futbolçu ölkəmizdə yüksək çıxışı ilə tanınmışdı.

Komandamızın əsas sınağı ayın 23-ü baş tutacaq. Həmin gün komandamız Rusiya superliqa təmsilçisi `Terek`lə qarşılaşacaq. 

Paylaş

// pop up