`Qarabağ`da 2010-2011 start götürdü

`Qarabağ`da 2010-2011 start götürdü
`Qarabağ`ımız 2010-2011 mövsümünün hazırlıqlarına start verdi. Bu gün komandamızın bazasına yığışan futbolçular yeni mövsümün ilk hazırlığına çıxıblar. Məlum olduğu kimi, komandamız Avroliqanın 1-ci mərhələsində komandamız İyulun 1-ində ilk oyununa çıxacaq. Buna görə komandamız daha erkən hazırlıqlara başlasa da, tam heyətlə məşq edə bilmir. Məlum olduğu kimi, 7 futbolçumuz əsas millinin heyətində olduğundan komandadan ayrı düşüb. Milli futbolçulara komandamızın çalışdırıcısı Qurban Qurbanovun ən azı 1 həftə istirahət verəcəyi gözlənilir. Rəşad Sadiqov və Əfran İsmayılov da zədə səbəbindən komandanın sıralarında deyillər. Legionerlərimizdən Adamiya artıq məşqlərə başlasa da, Qurban müəllim Admir Teliyə vətəninə gec yollandığına görə əlavə bir neçə günlük istirahət verib.
Komandamızın Suraxanı qəsəbə stadionunda baş tutan çalışması isə yüngül tempdə davam edib. Sabahdan isə komandamız gündə 2 dəfə məşq keçəcək.