`Qarabağ`da 3 yeni futbolçu
19 Yan 2012
`Qarabağ`da 3 yeni futbolçu
Bu gün `Qarabağ`ımızın düşərgəsinə 3 yeni futbolçu qoşulub. Baxışa çağrılan futbolçular bugün baş tutan yeganə çalışmada iştirak ediblər. Yoxlanılacaq ilk futbolçu Əlcazair əsilli Fransa vətəndaşı Sofyen Cobuanidir. 1990-ci il təvəlüdlü futbolçu ön xətt oyunçudur. Fransanın `Nant` komandasının yetirməsidir.
İgor Juqoviç isə dayaq yarmmüdafiəçisi möqeyində oynayır. 1989-cu il təvəllüdlü futbolçu karyerası boyunca ancaq Xorvatiyanın `Zaqreb` komandasında oynayıb. Xorvatiyanın aşağı yaş millilərində forma geyinib.
3-cü futbolçu isə daha tanınmışdır. Dimitri Rekiş belarusdur. Yayda baş tutan U-21lər arasında Avropa çempionatında bürünc qazanmış ölkəsinin əsas heyət oyunçusu olub. Bu yaşlı yığmasının ən yaxşı bombardiridir (27 oyun, 8 qol). Polşanın `Polonya`sında oynamağa macal tapmış yarımmüdafiəçinin sonuncu klu Minsk `Dinamo`su olub.
Futbolçular haqqında yaxın günlərdə qərar veriləcək.