“Qarabağ”da 300-cü oyun

single-news
17 Mar 2025

“Qarabağ”da 300-cü oyun



Abdullah Zubir komandamızın heyətində 300-cü oyununu keçirib. Onun yubileyi Misli Premyer Liqasının XXVII turunun “Kəpəz”lə səfər görüşünə (0:0) təsadüf edib.

 

33 yaşlı fransalı yarımmüdafiəçi 300 matçda 66 qola imza atıb. Zubir 2018/19 mövsümündən formasını geyindiyi komandamızda 179 (46 qol) çempionat, 23 (5 qol) kubok və 98 (15 qol) avrokubok qarşılaşmasına çıxıb.

 

Qeyd edək ki, yarımmüdafiəçi 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) debüt edib.

Paylaş

// pop up