"QARABAĞ"DA BAŞ MƏŞQÇİ HƏLƏ DƏ MƏLUM DEYİL.Klubun yalnız internet saytı işləyir(FUTBOL+QOL, 14.06.2005)

single-news
14 İyn 2005

"QARABAĞ"DA BAŞ MƏŞQÇİ HƏLƏ DƏ MƏLUM DEYİL.Klubun yalnız internet saytı işləyir(FUTBOL+QOL, 14.06.2005)



Elitada çempionluğa real namizədlərdən sayılan Ağdamın "Qarabağ"ı ötən mövsüm bu işin öhdəsindən gələ bilmədi. Dövrələrarası fasiləyə lider kimi yollanan ağdamlılar ikinci dövrədə uğursuzluqla üzləşdilər. İ.Ponomaryovun başçılığı altında əyalət təmsilçisi vacib xallar itirərək, mövsümü turnir cədvəlinin altıncı pilləsində başa vurdu. Belədə komandanın çalışdırıcısı ilə yollarını ayıran elita təmslçisi ağır günlərini yaşayır. Şirkət klubunda baş məşqçi məsələsinə aydınlıq gətirilmədiyi üçün düşərgədə vəziyyət qeyri-sabit olaraq qalır. Belə ki, istirahətdə olan futbolçular hələ də, klubun baş məşqçi postuna kimin gətiriləcəyini bilmirlər. Lakin baş məşqçi vəzifəsinin acı bağırsaq kimi uzanması komanda ilə müqaviləsi başa çatan futbolçular olan oyunçuların narahat olmasına səbəb olub. Ağdam Klubu ilə müqaviləsi başa çatan futbolçular isə artıq digər elita təmsilçilərinin hədəfindədir. P.S. Son zamanlar "Qarabağ"da sakitçilik hökm sürür. Komanda baş məşqçisiz qalsa da, klub rəsmiləri hələ hərəkət etmək istəmir. Və bunu əminliklə deyə bilərəm ki, komandanın son günlərdə yalnız internet saytı istənilən səviyyədə çalışır. Göz dəyməsin!

Paylaş