"Qarabağ"da baxışda olan estoniyalı het-trik edib (ÜÇ NOQTE,31.01.2006)

single-news
31 Yan 2006

"Qarabağ"da baxışda olan estoniyalı het-trik edib (ÜÇ NOQTE,31.01.2006)



"GƏNCLƏR BİRLİYİ"Nİ MƏĞLUB EDƏN KLUB "ŞAHDAĞ"LA HEÇ-HEÇƏ OYNAYIB İkinci dövrənin hazırlıqlarını paytaxtda davam etdirən "Qarabağ" hazırda bir neçə legioneri sınaqdan keçirir. Yanvarın 29-da Sumqayıtın "Gənclər Birliyi" komandası ilə yoldaşlıq görüşü keçirən ağdamlılar 3:1 hesabı ilə qələbə qazanıb. Hər üç topu rəqib qapısından "Qarabağ"da baxışda olan estoniyalı hücumçu Eqidius Juska keçirib. Bundan başqa, klubun düşərgəsində baxışda olan digər futbolçular da həmin görüşdə meydana çıxıblar. Heyəti komplektləşdirən baş məşqçi Böyükağa Ağayevin sınaqda olanlardan kimlərə üstünlük verəcəyi yaxın günlərdə müəyyən olunacaq. "Gənclər Birliyi" ilə görüşün 2-ci hissəsində isə "Qarabağ"ın qapıçısı Cahangir Həsənzadə üz nahiyəsindən ciddi zədə alıb. Dünən isə "Qarabağ" Qusarın "Şahdağ" komandasıyla yoxlama görüşü keçirib. Bu oyunda qalib müəyyənləşməyib- 1:1.

Paylaş