“Qarabağ”da bir həftəyə hər şeyə aydınlıq gələcək (ÇEMPİON, 17.06.2005)

single-news
17 İyn 2005

“Qarabağ”da bir həftəyə hər şeyə aydınlıq gələcək (ÇEMPİON, 17.06.2005)



Cari çempionat başa çatdıqdan sonra baş məşqçisi ilə vidalaşan “Qarabağ”da uzun müddətdir sakitçilikdir. Buna baxmayaraq, ağdamlıların bir neçə futbolçusu başqa klubların maraq dairəsinə düşüb. Rauf Mehdiyev, Vadim Vasilyev, Vüqar Nadirov, İsmayıl Məmmədov kimi oyunçuların tezliklə komandadan ayrılacağı gözlənilir. Emin İmaməliyev isə artıq “Qarabağ”dan ayrılıb. Klubda “yarpaq tökümü”nün davam edəcəyi gözlənilir. Bununla yanaşı, hətta “Qarabağ”ın fəaliyyətini dayandıracağı da söylənilir. Klubun mətbuat xidmətinin rəhbəri Asif əsgərov sonuncu xəbəri təkzib etdi: “Qarabağ” fəaliyyətini dayandırmayacaq. Qarşıdakı bir həftə ərzində klubda kimlərin qalacağı, kimlərin gedəcəyinə tam aydınlıq gələcək. Elə bu həftə ərzində yeni məşqçimizin kim olacağı da məlum olacaq”. Qəzet çapa gedən anda öyrəndik ki, qapıçı Rauf Mehdiyev də “Qarabağ”dan ayrılıb.

Paylaş