"QARABAĞ"DA DAHA BİR LEGİONER(ÜÇ NÖQTƏ, 04.03.2005)

single-news
4 Mar 2005

"QARABAĞ"DA DAHA BİR LEGİONER(ÜÇ NÖQTƏ, 04.03.2005)



Azərbaycan çempionatının lideri Ağdamın "Qarabağ" komandası heyətinə daha bir əcnəbi futbolçu qatıb. İqor Ponomaryovun baş məşqçisi olduğu komanda 26 yaşlı serbiyalı Vladimir Roqonoviçlə müqavilə bağlayıb. Əcnəbi futbolçu "Qarabağ"a qədər vətənində və Makedoniyada bir neçə klubun şərəfini qoruyub. Futbolçu Serbiya və Çernoqoriyanın "Priştina" və "Obiliç" klublarında forma geyinib. Müdafiə xəttində oynayan futbolçu Makedoniyanın "Sileks" klubunda da forma geyinməyə imkan tapıb. Gənc futbolçu "Qarabağ"ın heyətində Azərbaycan çempionu olmaq arzusundadır.

Paylaş