"QARABAĞ"DA DAHA BİR OYUNÇU . . .

single-news
19 İyl 2006

"QARABAĞ"DA DAHA BİR OYUNÇU . . .



"Qarabağ" Futbol Klubunun Türkiyədə təlim məşq toplantısının müsbət tərəfləri çox olsa da, təəssüf ki, müsbət sayılmayan amillər də oldu.Belə amillərdən ən əsası heç şübhəsiz orta xətt oyunçumuz Qoqa Berayanın zədələnməsidir. Məşqlərdən birində ayağından ağır zədə alan futbolçumuz tanınmış həkim, professor Mehmet Binnet tərəfindən əməliyyat olundu və futbolçumuzun hazırkı durumu qənaətbəxşdir. Lakin Qoqa Berayanın yaşıl meydançaya dönüşü çempionatın ilk dövrəsinin sonuna təsadüf edəcək. Məhz bu amil Baş Məşqçimiz Böyükağa Ağayevin onu əvəzləyə biləcək bir oyunçu axtarmasına gətirib çıxardı. Artıq komandanın düşərgəsində bir yarımmüdafiəçi baxışdadır. 1975-ci il təvəllüdlü ÇEBOTAR BORİS üç ay əvvəl "Daçiya" ilə müqavilə imzalamışdır. Əvvəllər "Zimbru" və "Volın"ın şərəfini qorumuş futbolçu Azərbaycan Çempionatında oynamaq şansı qazandığı anda "Daçiya"nı tərk etmək niyyətindədir. Bu futbolçunu "Zimbru" - "Daciya" oyunundan bəyənən Baş Məşqçimiz onu baxışa dəvət etmişdir. ÇEBOTAR BORİS SERGEYEVİÇ Doğum ili - 1975-ci il Boyu - 187 sm Çəkisi - 80 kg Ampluası - yarımmüdafiəçi Ailə vəziyyəti - evli, iki uşağı var Oynadığı klublar - "Zimbru" (1992 -2002), "Volın" (2002-2006), "Daçiya" (2006).

Paylaş