"QARABAĞ"DA DÖRD LEGİONER.(Het-Trik, 11.01.2005.)

single-news
11 Yan 2005

"QARABAĞ"DA DÖRD LEGİONER.(Het-Trik, 11.01.2005.)



"Qarabağ" futbolçuları ikinci dövrənin hazırlıqlarına yanvarın 6-dan başlayıblar. Bir neçe gün Bakıda məşq edən komanda artıq əvvəlcədən planlaşdırıldığı kimi, dünən təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yola düşüb.Dünən Bakı 15:30-da ilk məşqinə çıxan ağdamlıların heyətində 4 yeni legioner yer alıb. Orada intensiv məşqlər keçəcək "Qarabağ" gücünü qarşılaşacaq bir neçə yoldaşlıq görüşündə də sınayacaq. dövrələrarası fasilədə klubun ilk transferi İranın "Maşınsazi" komandasında çıxış etmiş Müşviq Qənbərovdur. Qənbərov artıq Antalyadakı ilk məşqinə də çıxıb. Vətənində istirahətdə olan ağdamlıların türkiyəli legionerləri Mustafa Coşqunun və Mustafa Engin Özmənin klubun düşərgəsinə birbaşa Türkiyədə qoşulacağı bildirilir. Bundan başqa, "Qarabağ"ın 7 oyunçusu Trinidad və Tobaqo ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etmək üçün millinin heyətinə çağırılıb.Baş məşqçi İqor Ponomaryov isə bu gün Bakıya gələcək.

Paylaş