`Qarabağ`da dövrənin `ən`ləri...Araşdırma

single-news
25 Noy 2009

`Qarabağ`da dövrənin `ən`ləri...Araşdırma



Premyerliqanın ilk dövrəsi başa çatdı. Heç şübhəsiz, 11turluq marafonu `Qarabağ`ımızın aktivinə yazmaq olar. Xüsusilə, yayda Avroliqada tarix yazan komandamız cari birinciliyə yorğun başlamasına baxmayaraq özünü ən yaxşı tərəfdən göstərə bildi. Yerlilərdən təşkil olunmuş gənclərin üzə çıxdığı komandamızı ilk yarısına görə dəyərləndirmək qərarına gəldik. Beləliklə...

 Dövrənin istiqrar abidəsi  – Zaur Həşimov. 28 yaşlı müdafiəçi 11 oyun ərzində hamıdan çox meydanda olub. Daha dəqiq desək, universal futbolçu bütün oyunları əvəzedilmədən keçirən yeganə futbolçumuzdur. Bu oyunların əksəriyyətinin son müdafiəçi kimi keçirən Həşimov cəmi 1 sarı vərəqə almaqla da komandaya nə qədər xeyir verdiyini göstərib

Dövrənin sıçrayışı – Rauf Əliyev . 20 yaşlı hücumçu `Qarabağ`ın yetirməsidir. Baş məşqçi Qurban Qurbanovun sevimli futbolçularından olan Əliyev `Xəzər-Lənkəran`la oyunda macın yeganə qolunu vurduğu zamanı o qədər hündürə tullandı ki, dizləri Ruslan Poladovun çiynində qaldı. Rauf eyni zamanda `Karvan`la oyunda da başla fərqlənmişdi.

Dövrənin kombinasiyası – Aslan Kərimov. `Bakı`yla mühim qarşılaşmada zədədən yeni dönən əfsanəvi kapitan Vaqif – Rəşad – Elvin kombinasiyasını qolla tamamladı. Bu eizodda Elvinin ayaaqlarının  arasından topu buraxması qola gözəllik verdi.

Dövrənin qolu –  Əfran İsmayılov. İsmayılovu dövrənin oyunçusu, ulduzu kimi kateqoriyalara görə də namizəd göstərə bilərdik. Amma 11-ci turda Özünün yaratdığı epizodda işlək olmayan ayağıyla `9`luğa vurduğu qol hər halda çempionatın ən yaxşılardan olacaq.

Dövrənin legioneri – Admir Teli. Bəlkə də, o komandamızın yeganə legioneridir. Amma heç şübhəsiz, Alban ölkəmiz gəlmiş ən səviyyəli legionerlərin başında gəlir. Daim stabil oyunu ilə yadda qalan 28 yaşlı Sergey Kravcenkoyla birlikdə  `Qarabağ` düzgün transfer siyasətinin göstəricisidir.

Dövrənin zədəsi – Rəşad Sadıqov. Azərbaycan millisinin kapitanı yayda Avroliqada `Qarabağ`ımızın 2 mərhələ keçməsində misilsiz rol oynamışdı. Lakin, millinin Almaniya ilə oynunda zədələnən 27 yaşlı müdafiəçi `Qəbələ` ilə oyunda premyerliqada `Qarabağ`ın  heyətində debüt etsə də, 20 dəqiqə sonra yenidən əvəzlənməli oldu. Amma Sadıqov tam hazırdır. 2-c dövrədən etibarən komandamızın uğurları üçün sıraya qayıtdı.

Dövrənin debütantı – Tural İsgəndərov. 17 yaşlı futbolçu `Karvan`la macda oyuna daxil olduqdan sonra rəqibə çətin anlar yaşatdı. `Qəbələ` ilə oyunda start heyətdə meydana çıxan yarımmüdafiəçi ölkə futbolunun gələcəkləri sırasındadır.

Dövrənin qonağı - Daha bir gənc istedadımız Qara Qarayev isə milli komandalarda, sonra Almaniyada `Bavariya` və `Hoffenhaym` kimi komandaların düşərgəsinə yollnadığı üçün `Qarabağ`da sadəcə `Muğan`la oyunda meydana çıxa bildi. 

Dövrənin yorulmazı -  Vüqar Nadirov . Sanki qol ondan qaçıb. Şans sanki ondan üz döndərib. Amma heç kim onun qədər meydanda qaçmır. 90 dəqiqə meydanda `qaynayan` Vüqarı  dövrə ərzində yorulan görən hələ olmayıb. 

Dövrənin bombardiri – Vaqif Cavadov. Hal-hazırda ölkəmizin bir nömrəli futbolçusu Cavadov olduğunu desək yanılmarıq. Milli komandamızın hazırkı lideri daim cərimə zərbələri və künc zərbələrini yerinə yetirməyi öz üzərinə götürməklə yanaşı meydanda basmadığı yer qoymur. 20 yaşlı Vaqif  çempionatda 3 qol vurub, 1 dəqiq ötürmə verib.

Dövrənin artıranı – Maksim Medvedev. `Qarabağ`ın yetirməsi 20 yaşında milli komandanın sağı cinahına sahib çıxdı. Özü də buna cəmi 2 oyunda etdiyini və bir qol ötürməsiylə yadda qaldığıı desək kifayət edər.

Dövrənin asisitenti – Ayxan Abbasov. Müdafiəçi olmasına baxmayaraq `Turan`la oyunda 2 dəfə `0` nöqtəsinə qədər gedib qol ötürməsini vermək bəstəboy futbolçunun aktivindədir.

Dövrənin `quru`su – Fərhad Vəliyev. Çempionatın ən az qol buraxan qapıçısıdır. `Qarabağ`ın 11 oyuna cəmi 5 ol buraxmasında əməyi danılmazdır.

Dövrənin `təmiz`i – Sahil Kərimov. Cari mövsüm ilk dəfə `Olimpik`lə oyunda meydana çıxdı. Və işini `təmiz` gördü.

Dövrənin civəsi – Namiq Yusifov. Yusfov sadəcə öz işini görür. Meydanda harda istəsəniz 23 yaşlı yarımmüdafiəçini görə bilərdiniz.

Dövrənin solaxayı – Nodar Məmmədov. Yenidən komandamıza dönən Nodar yeganə `solaxay` kimi komandamızda cinahda işini görməyə çalışdı

Dövrənin transferi – Elvin Məmmədov. Qurbanovun israrla sıralarında görmək istədiyi futbolçu baş məşqçimizin istəyi ilə playmeyker mövqeyinə çəkildi və çempionatın ən yaxşılarından sayılır.

Dövrənin bəxtsiz qolu – Rəşad Sadiqov. Ən stabil oyunçularımızdan olan Rəşad Sadiqov nəhayət `İnter`lə oyunda qol vursa da, 2 ildən sonra qol vurduğumuz oyunda məğlub olduq. Sadiqov özünün dediyi kimi qoluna sevinə bilmədi. Amma klubumuzun vitse-prezidenti Tahit Gözelin `sehrbaz` ləqəbi verdiyi 26 yaşlı yarımmüdafiəçi `sehr`ini dövrəboyu göstərdi.

Dövrənin qırmızısı – Elnur Allahverdiyev. Klubumuz vitse-prezidenti Tahir Gözel tərəfindən `Tank` ləqəbi verilən döyüşkən futbolçu dövrədə yeganə qrımızı vərəqəyə sahib çıxdı.

Dövrənin universalı – Aftandil Hacıyev. Ötən il kubokun finalında ilk dəqiqələrində zədələnən Aftandil uzun aradan sonra sıraya döndü. Mərkəz müdafiəçisi olan 28 yaşlı Hacıyev `Neftçi`ylə oyunda dayaq yarımmüdafiəçisi, `Muğan` və `Xəzər-Lənkəran`la oyunlarda sağ, sol müdafiəçisi kimi çıxış etdikdən sonra nəhayət sonuncu turda doğma mövqeyinə dönsə də bu bizim zədədən dönmüş Hacıyevi universal kimi seçməyimizi əngəlləmir. 

Dövrənin dönüşü – Emin İmaməliyev . 3 illlik fasilədən sonra ötən il `Qarabağ`a dönən İmaməliyev dövrə ərzində 2 dəfə zədələnsə də, sonda optimal forma yığdı və son oyuna kapitan kimi çıxdı.

Dövrənin uzaq görəni – Qurban Qurbanov. Ölkəmizin ən perspektivli məşqçilərin başında gələn `Qurban Qurbanov dövrə ərzində etdiyi taktiki gedişlərlə ölkənin ən güclü məşqçisi statusuna doğru inamla addımlamaqdadır. `Xəzər-Lənkəran`la oyunda Rauf Əliyevi, eyni zamanda `Bakı`yla oyunda Aslanı 2-ci hissədə döyüşə atan Qurbanovun gedişləri hər 2 futbolçunun qələbə qolu vurmasıyla doğruldu.

 

QEYD:Bu yazı `Qarabağ` FK-nın mətbuat xidmətiin fərdi araşdırması olub, istifadə zamanı istinad zəruridir

Paylaş

// pop up