`Qarabağ`da forma geyəcəyim günü səbirsizliklə gözləyirəm`..
1 Sen 2009
`Qarabağ`da forma geyəcəyim günü səbirsizliklə gözləyirəm`..
`Qarabağ`ımız transfer pəncərəsinin bağlandığı gün sıralarına 2 yeni isim qatdı. Ölkə futbolunun gələcəyini formalaşdırmaq istəyən komandamız 21 yaşlı Nodar Məmmədovla yanaşı, 17 yaşlı Tural İsgəndərovu da müvafiq olaraq 2,5 və 3 illik müqavilələrlə `Qarabağ`ın rənglərinə `bağladı`. Əslində Nodar komandamız üçün yad sima deyil. 21 yaşlı futbolçu 2007-ci ilin qışında komandamıza qoşulmuş il yarımlıq `Qarabağ` macərasından sonra MOİK-ə hərbi xidmətə yollanmışdı. Görəsən, gənclər milllisinin kapitanı bu barədə nə düşünür:` `Qarabağ` mənim üçün yad komanda deyil. Düzdü, futbolçu kimi tanınmağımda `Şahdağ`ın bpyük rolu olub. Amma `Qarabağ`da artıq futbolun məsuliyyətini anlamağa başladım. `Qarabağ`da gənclərə böyük əhəmiyyət verirlər. Bu komanda vaxt gələcək böyük uğurlar qazanacaq. Elə arxada qalan avrokuboklar da göstərdi ki, `Qarabağ` düzgün yoldadı. Belə bir komandada oynamaq əlavə bir inam yaradır futbolçunun özünə. İnşallah, `Qarabağ`da yenidən forma geyinəcəyim günü səbirsizliklə gözləyirəm`