"QARABAĞ"DA İKİ ƏCNƏBİ FUTBOLÇU BAXIŞDADIR(ÜÇ NÖQTƏ, 30.03.2005)

single-news
30 Mar 2005

"QARABAĞ"DA İKİ ƏCNƏBİ FUTBOLÇU BAXIŞDADIR(ÜÇ NÖQTƏ, 30.03.2005)



Dövrələrarası fasilədə Azərbaycan çempionatının lideri Ağdamın "Qarabağ" komandası heyətini gücləndirmək niyyətindədir. Bununla bağlı komanda iki futbolçunu baxışa dəvət edib. Bunlardan biri 30 yaşlı xorvatiyalı müdafiəçi Blazenko Bekovaçdır. Sözügedən futbolçu müxtəlif illərdə Xorvatiya, Almaniya və Bosniyanın klublarında forma geyinib. Xorvat müdafiəçinin sonuncu komandası isə Kanadanın "Namilton Thunder"u olub. Ağdam klubunun heyətində baxışda olan başqa bir futbolçu isə 25 yaşlı Çernyuk Vitalidir. Bu futbolçu Almaniya və Ukrayna çempionatları ilə yanaşı öz ölkəsinin birinciliyində də çıxış edib. Ftubolçu Azərbaycana gəlməmişdən öncə Ukraynanın OMİK klubunun heyətində çıxış edib. Martın 28-də baş məşqçi İqor Ponomaryov "Karvan"la yoldaşlıq görüşündə baxışda olan hər iki futbolçunu meydana buraxıb. Onların komandada qalıb-qalmamasına yaxın günlərdə aydınlıq gətiriləcək. Yeri gəlmişkən, "Qarabağ" komandası "Şəfa" stadionunda Yevlax "Karvan"ı ilə keçirdiyi yoldaşlıq görüşündə 2:0 hesabı ilə qələbə qazanıb

Paylaş