"QARABAĞ"DA "KARAT"A SATAŞDI (FUTBOL+, 25.04.2005)

single-news
25 Apr 2005

"QARABAĞ"DA "KARAT"A SATAŞDI (FUTBOL+, 25.04.2005)



"Qarabağ" FK-nun rəsmi internet saytında bəyənat yer alıb. Ağdam Klubu "Karat"ın son günlərdə verdiyi açıqlamalarla dolayısı ilə "Qarabağ"ın ittiham etməsinə etiraz bildirib:"Biz “Qarabağ” FK olaraq bəyan edirik ki, biz heç kimə ədalətsizlik etməmişik və bizə qarşı da böhtan atılmamasını istəyirik. Biz Azərbaycan Futbolu adına nəinki bizə qarşı, bütün klublara qarşı haqsızlıqlara “YOX” deyir,Klublarımızı təmiz, ədalətli olmağa çağırırıq. Biz futbolumuzun inkşafını istəyiriksə FUTBOL OYNAMALIYIQ. Məğlub olanda da bunu həzm etməyi bacarmalıyıq. Daha böhtan atmaqla məşğul olmamalıyıq..." Açıqlamanın qalan hissəsi də maraqlıdır: ""Qarabağ" yenə öz səviyyəsini göstərdi. Bu dəfə "Karat"la matçdan sonra... Baş məşqçilər səviyyəsində... "Qarabağ"ın baş məşqçisi İgor Ponomaryov və "Karat"ın baş məşqçisi Hacıbala Abdullayev matçdan sonra mətbuat konfransında görüşdülər. Bu dəfə rəqib bizlə üz-üzə idi. Amma biz başı uca, onlar isə, yerə baxırdılar. Rəqib bizə" Onların başına elə oyun açacağıq ki..." demişdi. Biz isə sözümüzü meydanda deyəcəyimizi demişdik. Dedik və etdik...Qalib gəldik... Oynumuzla rəqibə FUTBOL dərsi keçdik. Onlar nə etdilər? Yenə günahkar axtardılar...Şər, böhtan atmaqla, bizi oyun almaqda günahlandırdılar ......"

Paylaş