“QARABAĞ”DA PSİXOLOQ...

single-news
15 Dek 2007

“QARABAĞ”DA PSİXOLOQ...



Çempionatın ilk dövrəsi bitsə də istirahətə yollanmayaraq hazırlıqları davam “Qarabağ“  Futbol Klubu məşqlərini gündə bir dəfə olmaqla davam etdirir. Saat 11:00-da keçirilən məşqlərdə sadəcə yerli futolçular iştirak edir. Artıq, düşərgədə legioner qalmayıb.

Bu arada hər zaman peşəkarlaşmağı qarşısına məqsəd qoyan komandamız bu yöndə daha bir addım atıb. Xüsusilə, gənclərdən qurulan komandamız da futbolçuların motivasiya və konsentrasiya kimi məsələlərdə düzgün yol seçməsi, özünəinam və digər psixoloji faktorlarda sabitlik əldə etmək üçün klub rəhbərliyi psixoloq Svetlana xanımı futbolçularla görüşə dəvət edib. Komandanın kapitanı Aslan Kərimovun da qatıldığı tədbirdə Bakı Dövlət Universitetinin müəllimi Svetlana xanim müxtəlif testlərdən istifadə edərək futbolçularla tanışlığın ilk mərhələsini gerçəkləşdirdi.Gələcəkdə də Svetlana xanımın futbolçularla görüş keçirəcəyi gözlənilir.

Paylaş

// pop up