"Qarabağ"da qan töküldü (fanat.az)
21 May 2010
"Qarabağ"da qan töküldü (fanat.az)
Futbolçular qanvermə aksiyasında iştirak etdi
Fanat: "Azersun-Holdinq" və Azərbaycan Resbublikası Səhiyyə Nazirliyinin nəzdində olan Mərkəzi Qan Bankının birgə təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Fanat.az xəbər verir ki, artıq ənənə halına aksiya 4 ildir ki, baş tutur. Talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün nəzərdə tutulan kompaniya "Azərsun Holdinq"in mədəniyyət mərkəzində baş tutub və çoxlu sayda qatılımla reallaşıb.
"Qarabağ" futbol klubu da bu xeyirxah aksiyaya biganə qalmayıb. Belə ki, ötən il olduğu kimi bu dəfə də "Qarabağ" bu aksiyada iştirak edib. Mövsüm başa çatdığından komanda istirahətə yollanıb. Belə də, "Qarabağ"ın idari və inzibati heyəti qanvermə kompaniyasına qoşularaq qan veriblər.