"QARABAĞ"DA VƏZİYYƏT SABİR AĞIR OLARAQ QALIR (FUTBOL+QOL, 30.06.2005)

single-news
30 İyn 2005

"QARABAĞ"DA VƏZİYYƏT SABİR AĞIR OLARAQ QALIR (FUTBOL+QOL, 30.06.2005)



İntertoto Kubokunda mərhələ adlayaraq, adını Azərbaycan Futboluna qızıl hərflərlə yazdıran "Qarabağ" futbol klubu çempionluğu son anda əldən verdikdən sonra deyəsən, bu şoku hələ də üzərindən ata bilməyib. Məhz çempionluğun itirilməsindən sonra baş məşqçisini və bir sıra aparıcı oyunçularını itirən Ağdam təmsilçisini növbəti mövsüm kimin çalışdıracağı hələ də məlum deyil. "Qarabağ" klubunun mətbuat katibi Asif Əsgərovdan aldığımız məlumata görə, bütün bunlar öz həllini rəhbərlik vətənə qayıtdıqdan sonra tapacaq: "Həftəsonu rəhbərliyin Bakıya dönüşü gözlənilir. Baş məşqçinin kimliyi bundan sonra bilinəcək. Oyunçulara gəldikdə isə kimlərin gedib, kimlərin gələcəyi təyin olunacaq baş məşqçinin qərarından asılı olacaq."

Paylaş