"QARABAĞ"DA YENİ BAŞ MƏŞQÇİ (HET-TRİK, 04 FEVRAL, 2005)
4 Fev 2005
"QARABAĞ"DA YENİ BAŞ MƏŞQÇİ (HET-TRİK, 04 FEVRAL, 2005)
Ağdam Klubunun rəhbərliyi ötən günlərdə Türkiyədən daha bir təcrübəli mütəxəssislə müqavilə bağlayıb. Bu, qonşu ölkədə yetərincə tanınan Sərpil Həmdi Tüzündür. Bir vaxtlar "Beşikdaş"da çalışan məşqçi indiyədək Türkiyə millisinə 10-dan çox ulduz bağışlayıb. Onlar arasında Oqtay Dərəlioğlu və Sərgən Yalçın kimi populyar oyunçuları xatırlamaq kifayətdir. "Qarabağ"ın rəsmiləri Tüzünün təcrübəsini nəzərə alaraq, onu əvəzedici heyətin "sükanı arxası"na gətiriblər. Türkiyəli mütəxəssis də öz növbəsində keçmiş köməkçiləri Tofiq Sayqılı və Tacəddin Doğanla yenidən birgə çalışmaq imkanı qazanıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, yeni baş məşqçi "Qarabağ"da uşaq futbolunun inkşafına da nəzarət edəcək. Hazırda bu istiqamətdə real addımlar atan "Qarabağ" başbilənləri əcnəbi çalışdırıcıya hər çür şərait yaratmağa söz veriblər.