"QARABAĞ"DA YENİ FUTBOLÇU.

single-news
8 Yan 2005

"QARABAĞ"DA YENİ FUTBOLÇU.



Əvvəlcədən də planlaşdırıldığı kimi, Ağdam təmsilçisi bazar ertəsi Antalyaya təlim-məşq toplantısına yollanacaq. Hazırlıqlarla yanaşı klub heyətini də qüvvətləndirməkdə davam edir. Klub artıq "Maşınsazi"nin şərəfini qoruyan Müşviq Qənbərovla müqavilə imzalayıb. Təcrübəli müdafiəçi Mehman Yunusovun "Karvan"a keçməsilə "Qarabağ"da həmin mövqedə boşluqlar yarana bilər. Məhz bu səbəbdən də ağdamlılar bir qədər düşünməlidirlər. Ancaq klubun mətbuat xidmətinin rəhbəri Asif Əsgərovun bildirdiyinə görə, transferlərlə bağlı bütün məsələlər Anatoli Ponomaryovun vətənə dönüşündən sonra həll olunacaq. Onun sözlərinə əsasən, transferlər Türkiyədəki təlim- məşq toplantısı zamanı öz həllini tapacaq.

Paylaş