“Qarabağ”da yeni legioner (futbol+, 03.08.2006)

single-news
3 Avq 2006

“Qarabağ”da yeni legioner (futbol+, 03.08.2006)



“Karvan”la oyununun təxirə salınması “Qarabağ” üçün düşərli olmalıdı. Belə ki, ağdamlıların əsas müdafiəçilərindən olan Azər Məmmədov hələ də zədəsini tam sağaltmayıb və komandası ilk turda meydana çıxsaydı, böyük ehtimalla o matçı kənardan izləməli olacaqdı. Azərdən fərqli digər zədəlilər - Sergey Sokolovla Hakan Dəmir artıq komandanın hazırlığında iştirak edir. Gürcü legioner İrakli Berayanın da zədəsini tam sağaltdığını deyək. Bu arada Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda hazırlıq keçən “Qarabağ”ın məşqlərində yeni legioner də iştirak edir. Serb müdafiəçi Vladimir Roqanoviç əvvəllər də ağdamlıların düşərgəsində olub. Söhbət İqor Ponomoryovun baş məşqçi olduğu dövrdən gedir. Ucaboy futbolçu həmin vaxt “Qarabağ”a baxışa gəlsə də, zədə səbəbindən özünü göstərə bilməyərək geri göndərilmişdi. Vladimir həmin zədəsini sağaltmaq üçün xeyli vaxt itirməli olub. İndi o “Qarabağ”da Böyükağa Ağayevin sınağından keçməlidi. Baş məşqçinin serb müdafiəçiylə bağlı hansı qərarı verəcəyi isə hələ ki, bəlli deyil.

Paylaş