"QARABAĞ"DA YENİ MƏŞQÇİ
"QARABAĞ"DA YENİ MƏŞQÇİ
“Qarabağ” Futbol Klubu hazırlıqlarını gündə iki dəfə olmaqla davam etdirir. Baş məşqçimiz Rasim Karanın başçılığı altında Suraxanı qəsəbə stadionunda çalışan komandamızın texniki heyətində dəyişiklik baş verib. Cari ilin əvvəllərində komandaya fiziki hazırlıq üzrə çalışdırcı təyin olunmuş Mehmet Akla yollarımızı ayırdıq. Belə ki, komandamıza yeni koordinator təyin olunub. Serhat Galimane adlı bu şəxs Ege Universitetinin idman akademiyasının futbol məşqçiliyi fakultəsini bitirib. 2002-ci ildən etibarən “Qalatasaray” uşaq futbol məktəbində məşqçiliyə başlayıb. “Qarabağ”la müqavilə bağlayana qədər də İstanbul klubunda fəaliyyətini davam etdirib. 27 yaşlı mütəxəssis artıq “Qarabağ”da fəaliyyətə başlayıb. Sərhat bəy “Qarabağ”a gəlişi haqqında bunları dedi:” İlk öncə Rasim Kara məni zəng edib, onunla çalışmağımı istədiyini sordu. Açıqcası, Rasim Kara kimi Türk futbolunda böyük işlər görmüş şəxsə etiraz etməyim mümkün deyildi. Azərbaycanda işləyə biləcəyim ağlımdan belə keçməzdi. Amma görürəm ki, heç də səhv addım atmamışam. Ambisiyaları olan kluba gəlmişəm. “Qarabağ” çempionluğa oynayan komandadır. Mehriban kollektivə malikdir. İnşallah, mövsümün sonunda çempionluğu qazanan tərəf biz olarıq. Zatən hədəflərimiz hər kəsə bəllidir.”