"QARABAĞ"DA YENİDƏN TÜRK LEGİONERLƏR(ÇEMPİON, 28 YANVAR).

single-news
28 Yan 2005

"QARABAĞ"DA YENİDƏN TÜRK LEGİONERLƏR(ÇEMPİON, 28 YANVAR).



Birinci dövrənin lideri “Qarabağ” Antalyada növbəti yoxlama oyununu keçirib. İqor Ponomaryovun komandası Ukrayna çempionatının güclülər dəstəsində mübarizə aparan “Arsenal”la üz-üzə gəlib. Ağdam təmsilçisi kifayət qədər ciddi rəqiblə görüşü bərabərliklə bitirə bilib - 1:1. Hesabı Vadim Vasilyev açsa da, sonradan ukraynalılar status-kvonu bərpa ediblər. “Qarabağ”ın start heyəti aşağıdakı kimi olub: Vitali Kovalyov, Mübariz Orucov, Azər Cabbarov, Emin İmaməliyev, Anatoli Ponomaryov, Samir Musayev, Vadim Vasilyev, Andrey Kolinenko, Vladimir Boxaç, Artyom Şubin, Denis Sokolovski. Son 4 futbolçu hələ ki baxışdadır. “Qarabağ”ın “Arsenal”la görüşünü 4 türkiyəli legioner də izləyib. Həmin futbolçuların komandaya baxışa gəldiyi istisna edilmir. Ağdamlıların yığmaya verdiyi 6 oyunçu - Aqil Məmmədov, Vüqar Nadirov, İsmayıl Məmmədov, Samir Abbasov, Rauf Mehdiyev və Aslan Kərimov artıq Ponomaryovun sərəncamındadır. Ancaq İsmayılla Vüqarın Trinidad və Tobaqodan zədəli dönməsi baş məşqçinin işini xeyli çətinləşdirib. “Qarabağ” bu gün İsveçrənin adı dəqiqləşməyən birinci dəstə klubu ilə qarşılaşacaq. Yanvarın 29-da “Fakel”lə üz-üzə gələcək ağdamlılar fevralın 1-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la oyunlarda gücünü sınayacaqlar. əyalət komandası fevralın 3-də Serbiya klubu “Radniçki” ilə münasibətlərini aydınlaşdırmağı planlaşdırır. “Qarabağ” fevralın 5-də Bakıya dönəcək.

Paylaş