“Qarabağ”dan 12-ci çempionluq
27 Apr 2025
“Qarabağ”dan 12-ci çempionluq
Komandamız Azərbaycan çempionu olub. Bu, Misli Premyer Liqasının XXXII turunda rəsmiləşib. “Sabah”ın qonağı olan “Qarabağ” səfər matçından sonra mövsümün sonuna 4 tur qalmış qızıl medalları təmin edib.
Qurban Qurbanovun yetirmələri digər komandalar üçün əlçatmaz olub. Bu, klub tarixində 12-ci çempionluqdur.
Ardıcıl 4-cü dəfə qızıl medala sahib çıxan komandamız bunadək 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24 mövsümlərində də çempion olub. Bu, baş məşqçimiz Qurban Qurbanovla əldə edilən 11-ci qızıl medaldır.
