`Qarabağ`dan 20 gözəl qol. VİDEO
`Qarabağ`dan 20 gözəl qol. VİDEO
`Qarabağ`ımızın son uğurları komandamızın azarkeş kütləsinin günü-gündən artmasına səbəb olur. Komandamızın hər bir uğuruna sevinən, dəyərləndirən azarkeşlərimiz öz sevgilərini müxtəlif formada izhar etməyə çalışırlar. Belə qruplardan biri də `Qarabağ` azarkeşlərinin yaratdığı `İmarət` fan klubudur. Komandamızın anbaan izləyən fan-klubun saytı www.imaretfc.com `Qarabağ`ımızın vurduğu gözəl qollardan 20-sini rolik halında hazırlayıblar. Saytın rəhbəri Zaur Salman yaxın günlərdə daha fərqli proyektlərlə gündəmə gələcəklərini bildirib:`Qarabağ` bizim ürəyimizdir. Son 4 ildən 20 qolu seçib belə bir rolik düzəltdik. Bu bizim son fəaliyyətimiz deyil. İnşallah, tez-tez sevimli `Qarabağ`ımızla bağlı fərqli layihələri işıqlandıracağıq.`
Buyurun, siz də izləyin...