`Qarabağ`dan 4, `Bakı`yla hamısı

single-news
22 Apr 2013

`Qarabağ`dan 4, `Bakı`yla hamısı



`Qarabağ`ımız premyerliqanın XXVII turunda `Bakı`nın qonağı oldu. Cari mövsüm çempionluğu hədəfləyən `Qarabağ`ımız mütləq surətdə 3 xalı qazanmağa borclu idi.
4 gün bundan öncə Azərbaycan kubokunun yarımfinal mərhələsində `Neftçi` ilə qarşılaşan komandamızın start heyətində yetərincə dəyişiklik vardı. `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov ötən oyunla müqayisədə Fərhad Vəliyev, Vüqar Nadirov, Riçard Almeyda, Emeka Opara, Reynaldo Silvanı ehtiyatda saxlamış Maksim Medvedevə isə ümumiyyətlə istirahət vermişdi. Qara Qarayev isə cəza səbəbindən oyunu buraxırdı.

 Belə də baş məşqçimiz u bu `11`liyə şans vermişdi: Miro Varvodiç, Ansi Aqolli, Rəşad Sadıqov, Admir Teli, İlqar Qurbanov, Hacı Əhmədov, Namiq Yusifov, Muarem Maurem, Əfran İsmayılov, Kristian Torres, Vaqif Cavadov.
Oyun `Qarabağ`ımız üçün yaxşı başlamadı. Görüşün startındaca sol cinah müdafiəçimiz Ansi Aqolli zədələnərək yerini Bədavi Hüseynova verdi. Belə də İlqar yerini Bədaviyə verərək sağdan sola keçdi.  Təəssüf ki, bu oyunda yeganə məcburi dəyişiklik olmayacaqdı. Buna qədər isə ilk yarıda hesab açılmamışdı. Belə də 2-ci  yarının startında komandamız 2-ci dəyişikliyini etdi və Namiqin yerinə Riçard meydana daxil oldu. Az sonra isə `Qarabağ`ımız 3-cü əvəzetmədən yararlanmalı oldu. Yenə  də zədə üzündən sıradan çıxan Admir Telinin yerinə Qurban müəllim riskə gedərək Oparanı meydana buraxdı. Belə də məcburiyyətdən Bədavi albanıyalının mövqeyinə Əfran isə müdafiənin sağına keçdi. Belə də son 30 dəqiqədə `Qarabağ`ımız 9 əsas heyət oyunçusu olmadan mübarizəni davam etdirməyə məcbur oldu.
Bütün bu qarışıq prosedurlar həyata keçərkən isə meydanda yüksək templi mübarizə müşahidə olunurdu. Rəqiblərin müdafiəni unutması açıq futbola gətirdi ki,  qapıçılar tez-tez oyuna qoşulmalı olurdu. Amma `Qarabağ`ımız iradəsini bir daha ortaya qoydu və sonda qələbə topunu vura bildi. 2-ci hissəni yüksək səviyyədə keçirən Vaqif Cavadovu cərimə meydançasının daxilində qaydalar xaricində saxladılar. Penalitini isə Riçard Almeyda qola çevirərək cari mövsüm 12-ci qolunu vurdu. 

Beləliklə, `Qarabağ`ımız iradə mübarizəsində `Bakı`nı minimal hesabla məğlub edərək xallarını 51-ə çatdıraraq yenidən 2-ci pilləyə qayıtdı. `Qarabağ`ımız bu 3 xalla qələbə seriyasını 4-ə çatdırdı. Paytaxt təmsilçisini məğlub etməklə  `Qarabağ`ımız cari mövsüm premyerliqada bütün rəqiblərini məğlub etməyi bacardı. Son 2 tura qədər sadəcə `İnter` və `Bakı`nı yenə bilməyən komandamız məlum rəqiblər üzərində ardıcıl qələbələrlə cari birincilikdə bir ilki bacardı.

Paylaş

// pop up