“Qarabağ”dan 5 cavabsız qol

single-news
30 İyl 2024

“Qarabağ”dan 5 cavabsız qol



“Qarabağ” – “Linkoln” (Cəbəllütariq) - 5:0
Olavio Juninyo, 17, 31, 44, Yassin Benzia, 66, Leandro Andrade, 72

İlk oyun – 2:0

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçına çıxıb. “Linkoln”la Bakıdakı görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

 

Baş məşqçimiz Qurban Qurbanov Cəbəllütariqdəki ilk oyunla müqayisədə start heyətdə dəyişiklik etməyib. Komandamız meydana aşağıdakı “11-lik”lə çıxıb: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.

 

Ilk dəqiqələrdən təşəbbüsü ələ alan komandamız ardıcıl hücumlar qurub. Bunun nəticəsində “Qarabağ” matçın taleyini ilk 45 dəqiqədə həll edib. Ən yaxşı bombardirimiz Olavio Juninyo fasiləyədək üç qola imza atıb.

 

Braziliyalı forvardın het-trikində Marko Yankoviç, Toral Bayramov və Abdullah Zubir assist ediblər. İkinci hissədə də hücumlarına ara verməyən “Qarabağ” daha iki dəfə fərqlənib. Öncə Yassin Benzia rəqib qapısına yol tapıb. Leandro Andrade isə matçda 5-ci qolun müəllifi olub. O, Juninyonun ötürməsini qola çevirib. İkinci hissənin gedişində Bədavi Hüseynov, Redon Cica, Mateus Silva, Hamidu Keyta və Abbas Hüseynov da şans qazanıb. Beləliklə, 5:0 hesablı qələbə qazanan komandamız III təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” bununla da ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsini təmin edib.

 

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları avqustun 6-7-də və 13-də keçiriləcək.

Paylaş

// pop up