“Qarabağ”dan 5 cavabsız qol

single-news
12 Yan 2026

“Qarabağ”dan 5 cavabsız qol



“Qarabağ” – “Neftçi” (Fərqanə, Özbəkistan) – 5:0

Marko Yankoviç (2), Leandro Andrade, Joni Montiel, Nəriman Axundzadə

 

Komandamız Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. “Qarabağ”ın 2026-cı ildəki ilk rəqibi Özbəkistanın “Neftçi” klubu olub.

 

Fərqanə təmsilçisi ilə matç Belek bölgəsindəki “Gloria Sports Arena”da baş tutub. Komandamız görüşə aşağıdakı “11-lik”lə çıxıb: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Joni Montiel, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.

 

Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Bu, hesabda da öz əksini tapıb. “Qarabağ” ilk yarıda rəqib qapısından 4 top keçirib. Marko Yankoviç iki, Leandro Andrade ilə Joni Montiel hərəyə bir dəfə fərqlənib.

 

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Hücumlarını davam etdirən komandamız daha bir qol vurub. Nəriman Axundzadə rəqib qapısına yol tapıb.

 

Beləliklə, “Qarabağ” yoxlama oyununda 5:0 hesabı ilə qalib gəlib. Komandamız növbəti matçını yanvarın 16-da keçirəcək. Polşanın “Zaqlebie Lubin” klubu ilə qarşılaşma saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) başlayacaq.

Paylaş

// pop up