“Qarabağ”dan 6 cavabsız qol

single-news
8 Mar 2026

“Qarabağ”dan 6 cavabsız qol



“Qarabağ” – “Araz-Naxçıvan” – 6:0

Joni Montiel, 15 (p.), Leandro Andrade, 33, 36, Kamilo Duran, 64 (p.), 89, Musa Qurbanlı, 83

 

Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının III dövrəsində ilk matçına çıxıb.

 

“Araz-Naxçıvan”la XXIII turun görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai, 17. Kamilo Duran.

 

Qarşılaşma komandamızın üstünlüyü ilə keçib. Oyunun əvvəlindən təşəbbüsü ələ alan “Qarabağ” erkən qolla hesabı açıb. Joni Montiel penaltidən rəqib qapısına dəqiq zərbə endirib – 1:0.

 

Qoldan sonra da hücumlarını davam etdirən komandamız hissənin sonlarında daha iki dəfə fərqlənib. Leandro Andrade dörd dəqiqəyə dublunu rəsmiləşdirib.

 

Matçın taleyini ilk yarıda həll edən “Qarabağ” ikinci hissədə də hücumlarına ara verməyib. Hissənin ortalarında Kamilo Duran penaltini qola çevirib.

 

Görüşün sonlarında daha iki qol qeydə alınıb. Öncə Musa Qurbanlı rəqib qapısına yol tapıb. Matçda son nöqtəni dublunu rəsmiləşdirən Kamilo Duran qoyub – 6:0. Bununla da komandamız növbəti böyükhesablı qələbəsini qazanıb.

 

Qeyd edək ki, komandamız növbəti oyununu martın 14-də keçirəcək. Misli Premyer Liqasının XXIV turunun “Zirə” ilə görüşü saat 19:15-də başlayacaq. Qarşılaşma Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Paylaş

// pop up