“Qarabağ”dan 6 qələbə, U-19-dan 5 cavabsız qol

single-news
10 Okt 2023

“Qarabağ”dan 6 qələbə, U-19-dan 5 cavabsız qol



“Qarabağ” akademiyasının komandaları liqalarda növbəti oyunlarını keçiriblər. Təmsilçilərimiz 9 yaş qrupu üzrə turnirlərdə 6 qələbə qazanıb, 1 heç-heçə edib və 2 görüşdə xalsız qalıb. U-19, U-17, U-14, U-13 və U-11 böyük hesabla qalib gəlib.

U-19 VII turun səfər qarşılaşmasında “Kəpəz”i 5 cavabsız qolla məğlub edib. VII turda UFA-nı qəbul edən U-17 də eyni sayda qola sevinib – 5:1.

VII turda “Zirə”nin qonağı olan U-16 komandamız səfərdən 1 xalla dönüb – 2:2. “Qarabağ”ın U-15 komandası V turun oyununda “Turan Tovuz”u üstələyib – 4:3.

Aşağı yaş qrupları üzrə komandalarımız II turun matçlarına çıxıblar. U-14 “Azərbaycan Qartalları”nı 4:0, U-13 EFA-nı 4:1 hesabı ilə məğlub edib. “Azərbaycan Qartalları” ilə görüşən U-12 turu xalsız başa vurub – 1:2. U-11 Liqasında ROFM ilə üz-üzə gələn “Qarabağ” böyük hesabla qələbə qazanıb – 7:1. U-10 isə ROFM-la qarşılaşmadan xalsız ayrılıb – 3:4.

 

Gənclər Liqası. VII tur. Kəpəz - Qarabağ – 0:5

U-17 Liqası. VII tur. Qarabağ – UFA - 5:1

U-16 Liqası. VII tur. Zirə - Qarabağ - 2:2

U-15 Liqası. V tur. Qarabağ – Turan Tovuz – 4:3

U-14 Liqası. II tur. Azərbaycan Qartalları - Qarabağ - 0:4

U-13 Liqası. II tur. Qarabağ – EFA - 4:1

U-12 Liqası. II tur. Azərbaycan Qartalları - Qarabağ - 2:1

U-11 Liqası. II tur. Qarabağ – ROFM - 7:1

U-10 Liqası. II tur. ROFM – Qarabağ -  4:3

Paylaş

// pop up