"Qarabağ"dan 7 pillə irəliləyiş (premyerliqa.az)

single-news
2 Fev 2011

"Qarabağ"dan 7 pillə irəliləyiş (premyerliqa.az)



Ağdam klubu İtaliya və Almaniyanın böyük klublarını geridə qoydu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların növbəti reytinq cədvəlini açıqlayıb. Premyerliqa.az-ın məlumatına görə, 404 komandanın yer verildiyi siyahıya İtaliyanın “İnter” klubu başçılıq edir. İspaniyanın “Barselona” komandası isə Münhenin “Bayern” klubunu geridə qoyaraq ikinci pilləyə yüksəlib.

Siyahıda Azərbaycanı “Qarabağ” klubu təmsil edib. Daha öncə açıqlanmış reytinq cədvəlində 248-ci sırada yer alan Ağdam təmsilçisi ötən siyahı ilə müqayisədə mövqeyini bir qədər yaxşılaşdırıb. “Qarabağ” 7 pillə irəliləyərək hesabındakı 80 xalla 241-ci yeri tutub. Komandamızla bərabər “Qoianyens Qoian” (Brasiliya), “Karakas” (Venesuela), “MiPa” (Finlandiya), “Espanyol” (İspaniya) və İranın “Esteghlal” klubları da 241-ci pilləyə şərik olublar.

Təmsilçimiz İtaliyanın, İspaniyanın və Almaniyanın tanınmış klublarını, eləcə də Türkiyənin bir neçə klubunu geridə qoymağı da bacarıb. “Qarabağ” bu siyahıda İtaliyanın “Fiorentina” və “Cenoa”, Almaniyanın “Hannover”, “Maynts”, “Ayntraxt”, “Nyünberq” və “Frayburq”, İspaniyanın “Sportinq”, “Deportivo” və “Saraqosa”, Türkiyənin isə “Antalyaspor” və “İstanbull BB” klublarından üstün olub.

Siyahının ilk 5 pilləsində yer alan komandalar aşağıdakı kimidir:

1. (1)   “İnter”, İtaliya – 312 xal
2. (3)   “Barselona”, İspaniya – 292 xal
3. (2)   “Bayern”, Almaniya – 278 xal
4. (11) “Real”, İspaniya – 244 xal
5. (6)   “Liverpul”, İngiltərə - 234 xal

 

Paylaş

// pop up