“Qarabağ”dan 7 qol

single-news
30 Yan 2024

“Qarabağ”dan 7 qol



“Sabah” – “Qarabağ” – 1:7

Azərbaycan Kuboku, 1/4 final mərhələsi ilk oyun

30 yanvar 2024. Saat 19:00. “Bank Respublika Arena”. 1575 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov

Dördüncü hakim: Nicat İsmayıllı

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Davit Volkov, 49 (qeyri-idman hərəkəti) // Bədavi Hüseynov, 12 (qeyri-idman hərəkəti)

Qollar: Cesse Sekidika, 63 // Hamidu Keyta, 20; Olavio Juninyo, 28, 55; Nəriman Axundzadə, 45+3; Abdullah Zubir, 77, 90+3; Adama Diakabi, 87

Artırılan vaxt: I hissədə 5 dəq; II hissədə 3 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununa çıxıb.

 

Qurban Qurbanovun yetirmələri səfərdə “Sabah”la görüşüb. Oyun “Bank Respublika Arena”da baş tutub.

 

İlk dəqiqələrdən üstünlüyü ələ alan “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Komandamız meydan sahiblərinin müqavimətini hissənin ortalarında Hamidu Keytanın qolu ilə qırıb.

 

Ağdam klubu fasiləyədək daha iki dəfə fərqlənib. Olavio Juninyo və Nəriman Axundzadə rəqib qapısına yol tapmağı bacarıb.

 

Nəinki ilk matçın, hətta cütün taleyinə böyük ölçüdə aydınlıq gətirən “Qarabağ” fasilədən sonra da hücumlarına ara verməyib. Olavio Juninyo dublunu rəsmiləşdirməklə fərqi dörd topa çatdırıb.

 

Bakı klubu azsaylı hücumların birində fərqlənməyə imkan tapıb. Lakin komandanız buna üç qolla cavab verib. Abdullah Zubirin dubl etdiyi görüşdə Adama Diakabi də fərqlənib.

 

Beləliklə, “Qarabağ” 1/4 final mərhələsinin ilk qarşılaşmasında 7:1 hesablı səfər qələbəsi qazanıb.

 

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 8-də baş tutacaq. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sabah” oyunu saat 20:00-da başlayacaq.

 

“Sabah”

55. Nicat Mehbalıyev

(1. Yusif İmanov, 31)

4. Elvin Camalov (k)

17. Tellur Mütəllimov

9. Anatoli Nuriyev

2. Amin Seydiyev

15. Kristian da Silva

(10. Namik Ələskərov, 46)

24. Maruan Hadudi

(5. Rəhman Daşdəmirov, 46)

44. Sofian Çakla

18. Davit Volkov

(27. Jarl Marqarita, 62)

70. Cesse Sekidika

19. Emmanuel Apeh

(14. İshak Belfodil, 62)

 

Ehtiyat oyunçular:

 

75. Emil Həbibov

6. Abdulax Xaybulayev

88. Xəyal Əliyev

53. Fəxri Məmmədli

7. Boyan Letiç

28. Kahim Parris

12. Vinsent Til

 

Baş məşqçi: Murad Musayev

 

“Qarabağ”

99. Andrey Lunyov

55. Bədavi Hüseynov (k)

(29. Marko Veşoviç, 64)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

90. Nəriman Axundzadə

(11. Adama Diakabi, 84)

10. Abdullah Zubir

17. Hamidu Keyta

(15. Leandro Andrade, 78)

8. Marko Yankoviç

(20. Riçard Almeyda, 64)

18. Olavio Juninyo

(27. Toral Bayramov, 64)

2. Mateus Silva

6. Julio Romao

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

5. Maksim Medvedev

30. Abbas Hüseynov

19. Redon Cica

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş

// pop up