"QARABAĞ"DAN AFFA-YA YARDIM ( FUTBOL+QOL, 08.10.2005)
8 Okt 2005
"QARABAĞ"DAN AFFA-YA YARDIM ( FUTBOL+QOL, 08.10.2005)
AFFA-nın mənzil qərargahında yığışan klub başbilənləri bir araya gələrək, hakimləri oyun alverindən çəkindirmək üçün onlara verilən qonararların miqdarının artırılması ilə bağlı yekdil qərar veriblər. Bunun üçün isə artıq Hakimlər Fondu təsis edilib. Bİr neçə gün bundan əvvəl AFFA-nın vitse- prezidenti Fuad Əsədov bizimlə söhbətdə maddi durumu yaxşı olan klubların 200-300 milyon, ortababların 100 milyon, digərlərinin isə 100 milyondan aşağı hansı məbləğə gücləri çatırsa, o qədər paranı fonda keçirmələri ilə bağlı komanda rəhbərliyinə məsləhət verəcəyini bildirmişdi. artıq "Qarabağ" fonda keçirdiyi pulun miqdarını açıqlayıb: 45 milyon manat. Miqdarın Əsədovun nəzərdə tutduğundan aşağı olmasının hansı reaksiya ilə qarşılanacağından asılı olmayaraq, hər halda Ağdam təmsilçisinin səxavətliyinin məbləğini mətbuata açıqlamasını alqışlamaq lazımdır.