“Qarabağ”dan ardıcıl 4-cü qələbə

single-news
4 Dek 2023

“Qarabağ”dan ardıcıl 4-cü qələbə



“Qarabağ” – “Qəbələ” – 3:0

4 dekabr 2023. Saat 19:30. Tofiq Bəhramov adına Respublika Stadionu, 800 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Zöhrab Abbasov

Dördüncü hakim: Rəşad Əhmədov

VAR: Kamal Umudlu

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Sarı vərəqələr: Julio Romao, 61 (qeyri-idman hərəkəti) // Omar Hani, 58 (qeyri-idman hərəkəti)

Qollar: Hamidu Keyta, 8; Nəriman Axundzadə, 64; Olavio Juninyo, 90+2

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XV turunda “Qəbələ” ilə görüşüb. Turun son günündə baş tutan matç Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunub. Baş məşqçi Qurban Qurbanov çempionatın ötən turu ilə müqayisədə start heyətində 7 dəyişiklik edib. Luka Quqeşaşvili, Bədavi Hüseynov, Rahil Məmmədov, Patrik Andrade, Hamidu Keyta, Mateus Silva və Redon Cica ilk dəqiqələrdən meydana çıxıb. Onlar Andrey Lunyov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Abdullah Zubir, Kevin Medina, Marko Yankoviç və Olavio Juninyonu əvəzləyiblər.

 

Qarşılaşma komandamızın hücumları ilə başlayıb. Bu da erkən qolla nəticələnib. Hamidu Keyta qonaqların qapısına yol tapıb. Hesab açıldıqdan sonra da topa “Qarabağ” nəzarət edib. Rəqibin əks-hücum cəhdlərinin qarşısını inamla alan komandamız özü fərqi artırmaq imkanları qazanıb. Yassin Benzia və Hamidu Keytanın əldə etdiyi əlverişli epizodlar yaddaqalan olub. Nəriman Axundzadənin baş zərbəsi də təhlükəli alınıb. Lakin “Qarabağ” fasiləyə minimal üstünlüklə yollanıb.

 

İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. Hər iki komandanın fərqlənmək imkanları olub. Nəriman Axundzadə və Yassin Benzianın zərbələri yaddaqalan alınıb. Nəriman hissənin ortalarında Hamidu keytanın ötürməsindən sonra fərqi artırıb – 2:0.

 

Bu qoldan sonra da azarkeşlər əsasən qarşılıqlı hücumlara şahid olublar. Toral Bayramovun iki zərbəsi təhlükəli alınıb. Hamidu Keyta isə əlverişli imkandan yararlana bilməyib.

 

Qarşılaşmanın sonlarında komandamız ardıcıl qol imkanları əldə edib. Nəriman Axundzadə, Leandro Andrade və Abdullah Zubirin zərbələrini rəqib qapıçı dəf edib. Meydana sonradan çıxan çempionatın bombardiri Olavio Juninyo isə imkanı qaçırmayıb – 3:0. Bununla da komandamız Premyer Liqada ardıcıl 4-cü qələbəsini qazanıb – 3:0.

 

Qeyd edək ki, komandamız Premyer Liqada növbəti matçını dekabrın 8-də səfərdə “Sumqayıt”a qarşı keçirəcək.

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

55. Bədavi Hüseynov (k)

4. Rahil Məmmədov

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(18. Olavio Juninyo, 88)

66. Patrik Andrade

(20. Riçard Almeyda, 88)

7. Yassin Benzia

(15. Leandro Andrade, 62)

17. Hamidu Keyta

(44. Elvin Cəfərquliyev, 88)

2. Mateus Silva

6. Julio Romao

19. Redon Cica

(10. Abdullah Zubir, 62)

 

Ehtiyat oyunçular:

 

99. Andrey Lunyov

5. Maksim Medvedev

30. Abbas Hüseynov

13. Bəhlul Mustafazadə

29. Marko Veşoviç

8. Marko Yankoviç

11. Adama Diakabi

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

1. Rəşad Əzizli

2. İlkin Qırtımov

(28. Murad Musayev, 79)

34. Urfan Abbasov (k)

5. Rauf Hüseynli

20. Bilel Auaşeriya

4. Lukas Afriko

99. Ahmed Ayzaya

(14. Ülvi İsgəndərov, 86)

19. Samuel Tetteh

(17. Yaovi Akakpo, 51)

9. Əyyub Allaş

(18. Mehrac Baxşalı, 86)

10. Omar Hani

(72. Osama Xalayla, 79)

8. Gilad Abramov

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

11. Asif Məmmədov

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

3. Zurab Oçiqava

 

Baş məşqçi: Elmar Baxşıyev

Paylaş