`Qarabağ`dan azarkeşlərə müjdə- `Visla` - `Qarabağ` oyunu canlı yayımda!!!

single-news
28 İyl 2010

`Qarabağ`dan azarkeşlərə müjdə- `Visla` - `Qarabağ` oyunu canlı yayımda!!!



`Qarabağ` Futbol Klubu rəhbərliiyi bütün Azərbaycan Futbol ictimaiyyətini, azarkeşləri və bütünlükdə `Qarabağ`ımızla ürəyi birlikdə böyünən hər kəsi sevindirdi... Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunu çərçivəsində Polşanın `Visla` komandasına qarşı oyun Azərbaycn Televiziyası və İdman Azərbaycan Kanalı ilə canlı yayımlanacaq !!!

...Bir neçə gündür ki,yayımın əldə edilməsi barədə Sportfive şirkəti ilə danışıqlar bir neçə dəqiqə öncə müsbət bəhrəsini verdi. Komandamızın Direktoru Emrah Çelikel ə Sportfive Şirkətinin nümayəndəsi Kiril Magaev Azərbaycan ərazisində `Visla` (Polşa) - `Qarabağ` (Azərbaycan) oyununun canlı yayımla verilməsi barədə müqaviləyə imza atıldı. Texniki məsələlər də öz həllini tapdı. Kiril Magaev bütün detalların Azərbaycan Televiziyasına göndərildiyini bildirdi. İdman Azərbaycan kanalının rəhbəri Elsevər Dünyamalıyev yayımla bağlı heç bir problemin olmadığını, bütün detallaın Sportfive şirkətindən aldığını təstiqlədi..

Beləliklə, 29 iyul,2010-cu il tarixində `Qarabağ`ımız Polşada tək qalmayacaq. Çünki Onu bütün AZƏRBAYCAN dəstəkləyəcək !!!

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Paylaş

// pop up