"Qarabağ"dan böyük hesablı qələbə

25 Apr 2021
"Qarabağ"dan böyük hesablı qələbə
Premyer Liqanın 24-cü turunda "Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb.
Komandamız bu görüşdə 5:0 hesablı qələbə qazanıb. Matçda hesabı 64-cü dəqiqədə Xayme Romero açıb. 68-ci dəqiqədə Qara Qarayev 2-ci qolumuzu vurub. 87, 89 və 90-cı dəqiqələrdə fərqlənən Mahir Emreli het-trik müəllifi olub.
Xalını 50-yə çatdıran komandamız turnir cədvəlində liderliyini möhkəmləndirib.