"Qarabağ"dan böyük hesablı qələbə
7 Mar 2022
"Qarabağ"dan böyük hesablı qələbə
Azərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib.
Oyun komandamızın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollarımızı Kadi Borges, İbrahima Vadji, Kevin Medina, Filip Ozobiç və Abdullah Zubir vurublar.
Komandamız 40 xalla turnir cədvəlinə başçılıq edir.
