"Qarabağ"dan böyük hesablı qələbə
3 Apr 2022
"Qarabağ"dan böyük hesablı qələbə
Azərbaycan Premyer Liqasının 21-ci turunda "Qarabağ" "Səbail"i qəbul edib.
Qarşılaşma komandamızın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Leandro Andrade (2), Ramil Şeydayev (2) və Elvin Cəfərquliyev vurublar.
Komandamız 49 xalla turnir cədvəlinə başçılıq edir.
