“Qarabağ”dan böyükhesablı qələbə

single-news
28 Fev 2024

“Qarabağ”dan böyükhesablı qələbə



“Qəbələ” – “Qarabağ” – 0:4

28 fevral 2024. Saat 19:00. Qəbələ şəhər stadionu, 700 tamaşaçı

Baş hakim: Tural Qurbanov

Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Rəhman İmami

Dördüncü hakim: Rauf Allahverdiyev

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Julio Romao, 33 (qeyri-idman hərəkəti); Maksim Medvedev, 78 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Feras Abu Akal, 53 (ciddi qayda pozuntusu)

Qollar: Adama Diakabi, 48; Riçard Almeyda, 59 (p.); Nəriman Axundzadə, 65; Marko Yankoviç, 81

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 2 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXIII turundan təxirə salınan matçda “Qəbələ” ilə görüşüb.

 

Qurban Qurbanovun yetirmələri Qəbələ şəhər stadionundakı qarşılaşmaya fəal başlayıb. Lakin ilk 45 dəqiqədə rəqibin müqaviməti ilə üzləşən komandamız hesabı aça bilməyib.

 

Düzdür, ilk yarıda Olavio Juninyo iki, Adama Diakabi bir dəfə əlverişli imkan qazanıb. Lakin futbolçularımız bu epizodlardan yararlana bilməyiblər. Meydan sahiblərinin hücumlarının önünü isə müdafiə xəttinin etibarlı oyunu kəsib.

 

“Qarabağ” oyunun taleyini ikinci 45 dəqiqədə həll edib. Fasilədən sonra Adama Diakabi hesabı açıb. Az sonra Riçard Almeyda fərqi artırmağı bacarıb.

 

Bu qollardan sonra da hücumlarına ara verməyən “Qarabağ” üçüncü dəfə rəqib qapısına yol tapıb. Bu dəfə Nəriman Axundzadə fərqlənib – 3:0. Matçın sonunadək hücumlar quran komandamız bir neçə dəfə də qola yaxın olub. Bunların birində Marko Yankoviç dördüncü qola imza atıb. Beləliklə, “Qarabağ” səfərdən böyükhesablı qələbə ilə ayrılıb – 4:0.

 

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu martın 3-də “Neftçi”yə qarşı keçirəcək. Misli Premyer Liqasının XXV turunun matçı “Neftçi Arena”da təşkil olunacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.

 

“Qəbələ”

13. Kristof Atanqana

11. Asif Məmmədov (k)

(8. Gilad Abramov, 81)

2. İlkin Qırtımov

(5. Rauf Hüseynli, 65)

34. Urfan Abbasov

(12. Nicat Əliyev, 86)

28. Murad Musayev

20. Bilel Auaşeriya

4. Lukas Afriko

3. Zurab Oçiqava

6. Feras Abu Akal

9. Əyyub Allaş

(99. Ahmed Ayzaya, 65)

72. Osama Xalayla

(14. Ülvi İsgəndərov, 81)

Ehtiyat oyunçular:

 

1. Rəşad Əzizli

36. Elməddin Sultanov

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

71. Sənan Ağalarov

17. Yaovi Akakpo

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Qarabağ”

99. Andrey Lunyov

20. Riçard Almeyda

(66. Patrik Andrade, 69)

5. Maksim Medvedev (k)

30. Abbas Hüseynov

24. Aleksey İsayev

(7. Yassin Benzia, 69)

44. Elvin Cəfərquliyev

90. Nəriman Axundzadə

11. Adama Diakabi

(19. Redon Cica, 75)

18. Olavio Juninyo

(15. Leandro Andrade, 40)

2. Mateus Silva

6. Julio Romao

(8. Marko Yankoviç, 69)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

55. Bədavi Hüseynov

13. Bəhlul Mustafazadə

29. Marko Veşoviç

 

Baş məşqçi: Qurban Qurbanov

Paylaş