`Qarabağ`dan daha bir layihə..

single-news
1 Okt 2009

`Qarabağ`dan daha bir layihə..



`Qarabağ` Futbol Klubu Azərbaycan Respublikası Sərhəd Qoşunları, `Sərhədçi` İdman Olimpiya Mərkəzi ilə əməkdaşlığa başladı...

Bu gün `Qarabağ` Futbol Klubunun Direktoru Emrah Çelikel, Komandanın Baş Məşqçisi Qurban Qurbanov yeni istifadəyə verilmiş `Sərhədçi` İdman Olimpiya Kompleksinə ziyarət edərək, oranın imkanları ilə tanış oldular. Olimpiya İdman Kompleksinin rəisi Polkovnik Rövşən Kərimov tərəfindən isti qarşılanan Klub rəhbərliyi Kompleksdən gələcəkdə istifadə imkanlarını müzakirə etdilər. Kompleksin rəisi Qarabağ Futbol Klubu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirərək, Klubumuzun təşəbbüsünü alqışladı.  İlkin olaraq bütün aşağı yaş qruplarımızın məşq və oyunlarının keçirilməsi barədə razılıq əldə olunaraq, əsas komandamızın da gələcəkdə Olimpiya Kompleksindən istifadə olunması perespektivləri müzakirə olundu. U-17 və U-15 yaş qruplarımız İdman meydançasından ilk istifadə edən komanda kimi tarixə düşdü...

Paylaş

// pop up