`Qarabağ`dan daha bir möhtəşəm aksiya. Fotolar

single-news
3 May 2013

`Qarabağ`dan daha bir möhtəşəm aksiya. Fotolar



Futbolun kütləviliyi naminə daim fərqli  tədbirlər həyata keçirən `Qarabağ` Futbol Klubu daha bir möhtəşəm layihə həyata keçirib. Ölkənin ən böyük alış-veriş  mərkəzlərindən  sayılan `Park Bulvar`da klubumuz tərəfindən promo-aksiya keçirilib. Belə ki, alış veriş mərkəzində qurlaşdırılmış `Qarabağ` FK-ya məxsus stenddə  premyerliqada baş tutacaq `Qarabağ` - `Neftçi`  matçıyla bağlı təbliğat aparılması ilə yanaşı vətəndaşlara `Qarabağ` aksesuarları qazanma şansı yaradılıb. Belə ki, `Qarabağ` FK-yla bağlı bir suala cavab verən şəxs `Qarabağ` - `Neftçi` oyununa bilet əldə etməklə bərabər `Qarabağ` şərfi, forması, şapkası və s. qazanma şansını saxlayır. `Qarabağ` FK-ya aid fərqli suallara cavab verən şəxslər qeyd etdiyimiz məhsullarından birini əldə etmiş olur.
AVM- də böyük diqqət cəlb edən layihədə `Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözəl də iştirak edib. Hətta 1 suala cavab verərək simvolik olaraq `Qarabağ` - `Neftçi` görüşünə bilet də əldə edib.
Axşam satlarına qədər davam edən layihə bugün də davam edəcək.
Tədbirdən fotolar FOTOQALEREYA bölümündə…

http://qarabagh.com/1987/?name=photoview&phid=476&lang=1 


 

Paylaş

// pop up