“QARABAĞ”DAN DAHA BİR QAPIÇI MİLLİDƏ

single-news
7 Noy 2008

“QARABAĞ”DAN DAHA BİR QAPIÇI MİLLİDƏ



Dünən Noyabrın 10-13-ü arası keçiriləcək milli toplanışa gedəcəklərin siyahısı açıqlanıb. Noyabrın 19-u Albaniya ilə keçiriləcək yoldaşlıq oyununun hazırlığına xidmət edəcək  Millinin baş məşqçisi Berti Foqts toplanışa düz 31 futbolçu dəvət edib. Maraqlıdı ki, əsas yığmamızın heyətində bir sıra maraqlı adları rast gəlirik. Zahid Quliyev, Novruz Məmmədov, Eşqin Quliyev, Mixayil Zaytsev ilk dəfə əsas millinin toplanışına dəvət alıblar. Sevindirici haldır ki, daha bir millidəki daha bir debütant “Qarabağ”ı təmsil edir.  İndiyə kimi aşağı yaş qrupların heyətində mübarizə aparmış 18 yaşlı Osman Umarov da almaniyalı mütəxəsssin diqqəti cəlb edə bilib.

Qolkiperdən milliyə dəvətlə bağlı fikirlərini öyrəndik:” Düzünü söyləsəm, əsas milliyə dəvət olunmağım bir qədər gözlənilməz oldu. əlbəttə, kim ən seçmə komandada oynamaq istəmir ki?  Mənə etimad edərlərsə, ən yaxşısını etməyə çalışacam. “

Onu da qeyd edək ki, milliyə Osmanla yanaşı “Qarabağ”dan Fərhad Vəliyev və Vaqif Cavadov da dəvət alıblar.  

Paylaş

// pop up