“Qarabağ”dan ev qələbəsi

single-news
10 Mar 2024

“Qarabağ”dan ev qələbəsi



“Qarabağ” – “Zirə” – 3:1

10 mart 2024. Saat 18:00. T. Bəhramov adına Respublika Stadionu, 910 tamaşaçı

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Akif Əmirəli, Zeynal Zeynalov

Dördüncü hakim: Kamal Umudlu

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Nəriman Axundov

Sarı vərəqə: Elvin Cəfərquliyev, 28 (qeyri-idman hərəkəti) // Ceyhun Nuriyev, 72 (qeyri-idman hərəkəti)

Qollar: Nəriman Axundzadə, 43; Riçard Almeyda, 76 (p.); Adama Diakabi, 81 // Sezar Meza Kolli, 79

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXVI turunun matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Zirə” ilə qarşılaşıb. “Qarabağ” rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

 

Görüş qarşılıqlı hücumlarla başlayıb. Üstünlüyü ələ alan “Qarabağ” topa daha çox nəzarət edib. İlk 45 dəqiqə qol epizodları baxımından zəngin olmayıb. Hamidu Keytanın yaddaqalan cərimə zərbəsi zamanı top çərçivəyə düşməyib. Fasilə ərəfəsində topu ələ keçirən Nəriman Axundzadə hesabı açıb.

 

İkinci hissənin əvvəlində Adama Diakabi əlverişli imkan əldə etsə də, fərqi artıra bilməyib. Qonaqların fərqlənməsinə isə müdafiə xəttinin etibarlı oyunu imkan verməyib. Bir neçə dəfə Luka Quqeşaşvili rəqib zərbəsini dəf edib. Matçın sonlarında Riçard Almeyda penalti zərbəsi ilə fərqi iki topa çatdırıb – 2:0.

 

Ardınca qonaqlar fərqi minimuma endirsələr də, “Qarabağ” üçüncü qolu vurub. Adama Diakabi rəqib qapısına yol tapıb – 3:1. Bu qoldan sonra da azarkeşlər qarşılıqlı hücumlar izləyiblər. Beləliklə komandamız ev oyununda üç xal qazanıb.

 

Qeyd edək ki, “Qarabağ” növbəti görüşünü martın 14-də keçirəcək. Komandamız Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə “Bayer”lə səfər matçına çıxacaq.

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda

(66. Patrik Andrade, 77)

5. Maksim Medvedev (k)

30. Abbas Hüseynov

24. Aleksey İsayev

44. Elvin Cəfərquliyev

90. Nəriman Axundzadə

(15. Leandro Andrade, 77)

17. Hamidu Keyta

(19. Redon Cica, 66)

11. Adama Diakabi

2. Mateus Silva

(81. Kevin Medina, 77)

6. Julio Romao

 

Ehtiyat oyunçular:

 

99. Andrey Lunyov

89. Amin Ramazanov

55. Bədavi Hüseynov

13. Bəhlul Mustafazadə

27. Toral Bayramov

29. Marko Veşoviç

10. Abdullah Zubir

7. Yassin Benzia

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Zirə”

97. Tiaqo Silva

10. Rəhim Sadıxov

32. Qismət Alıyev (k)

20. İsmayıl İbrahimli

(21. Hacıağa Hacılı, 84)

16. Fuad Bayramov

(6. Eldar Quliyev, 72)

29. Ceyhun Nuriyev

5. Stefan Aka

4. Ruan Renato

44. Dmitrios Çantakias

15. Pyer Zebli

(28. Abbas İbrahim, 84)

19. Salifu Suma

(24. Sezar Meza Kolli, 78)

 

Ehtiyat oyunçular:

 

41. Anar Nəzirov

50. Səlim Həşimov

8. İlkin Muradov

66. Pərviz Azadov

99. Nazim Həsənzadə

55. Ramin Abdullayev

 

Baş məşqçi: Rəşad Sadıqov

Paylaş