“Qarabağ”dan ev qələbəsi
“Qarabağ”dan ev qələbəsi
“Qarabağ” – “Turan Tovuz” - 2:1
Leandro Andrade, 50, Mateus Silva, 54 // Ayxan Hüseynov, 76
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasında 30-cu turun matçına çıxıb.
“Turan Tovuz”la görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 81. Kevin Medina, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo, 11. Emmanuel Addai.
Matçın əvvəllərində zədələnən Musa Qurbanlı oyunu davam etdirə bilmədiyi üçün əvəzlənib. Komandamızın hücumları ilk yarıda bəhrəsini verməyib. Fasilədən sonra isə “Qarabağ” ardıcıl qollarla rəqibin müqavimətini qırıb. Fasilədən az sonra Leandro Andrade, ardınca Mateus Silva qonaqların qapısına yol tapıb. Rəqib komanda görüşün sonlarında bu toplardan birinin əvəzini çıxa bilib.
Beləliklə, “Qarabağ” ev oyununda 2:1 hesabı ilə qələbə qazanıb. Bu nəticədən sonra komandamız 62 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” çempionatda növbəti oyununu mayın 9-da səfərdə “Qəbələ”yə qarşı keçirəcək.
