“Qarabağ”dan əzmkar qələbə
“Qarabağ”dan əzmkar qələbə
“Kəpəz” – “Qarabağ” – 1:2
27 yanvar 2024. Saat 15:00. Qəbələ şəhər stadionu, 90 tamaşaçı
Baş hakim: Nicat İsmayıllı
Baş hakimin köməkçiləri: Eyyub İbrahimov, Zöhrab Abbasov
Dördüncü hakim: İslam Məmmədov
VAR: Vüqar Həsənli
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Yeqor Xvalko, 14 (qeyri-idman hərəkəti); Elmir Tağıyev, 32 (qeyri-idman hərəkəti); İqor Rodriqes, 83 (qeyri-idman hərəkəti); Mate Kvirkviya, 90 (hakimin qərarına etiraz); Adama Niane, 90+7 (hakimin qərarına etiraz) // Hamidu Keyta, 48 (qeyri-idman hərəkəti); Redon Cica, 53 (hakimin qərarına etiraz); Elvin Cəfərquliyev, 71 (qeyri-idman hərəkəti)
Qollar: Olavale Onanuqa, 72 // Olavio Juninyo, 80; Toral Bayramov, 90+5 (p.)
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 6 dəq.
“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XX turunda “Kəpəz”lə görüşüb.
Qurban Qurbanovun yetirmələri 2024-cü ildəki ilk səfər matçına çıxıblar. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Baş məşqçimiz ötən turla müqayisədə start heyətdə 8 dəyişiklik edib. Luka Quqeşaşvili, Riçard Almeyda, Maksim Medvedev, Toral Bayramov, Nəriman Axundzadə, Marko Veşoviç, Hamidu Keyta və Redon Cica “11-lik”də yer alıb. Onlar Andrey Lunyov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Abdullah Zubir, Yassin Benzia, Olavio Juninyo, Mateus Silva və Julio Romaonu əvəzləyiblər.
Matç “Qarabağ”ın hücumları ilə başlayıb. Təşəbbüsü ilk dəqiqələrdən ələ alan komandamız rəqib qapısına təzyiq yaradıb.
Qurbanovun yetirmələri ardıcıl hücumlar qurub. Lakin rəqib qapısına yol tapmaq mümkün olmayıb.
Hissənin ortalarında meydan sahibləri əks-hücumlar qurmağa cəhd ediblər. “Qarabağ” böyük üstünlüyə malik olsa da, fasiləyədək hesabı aça bilməyib.
İkinci hissə də eyni ssenari ilə keçib. Komandamız çoxsaylı hücumlar qurub. Amma yaradılan qol imkanlarından yararlanmaq cəhdləri alınmayıb.
İkinci hissənin ortalarında “Kəpəz”in hücumlarından biri qolla nəticələnib. “Qarabağ” buraxılan qola cavab verməsi üçün böyük zamana ehtiyac olmayıb.
Olavio Juninyo hesaba tarazlıq gətirib. Çempionatın bombardiri 14-cü qoluna imza atıb.
Qol epizodunda Yassin Benzia rəqib qapıçı ilə toqquşub. Xəsarət alan futbolçumuz oyunu davam etdirə bilməyərək meydandan çıxıb. O, Redon Cicanın ardınca Qəbələdəki matçı zədə üzündən yarımçıq tərk edən ikinci oyunçu olub.
Bu üzdən qarşılaşmanı azlıqda davam etdirən “Qarabağ” qələbə qolunu da vurub. Komandamızın qazandığı penaltini Toral Bayramov dəqiq yerinə yetirib.
Beləliklə, “Qarabağ” Premyer Liqada ardıcıl 9-cu qələbəsini qazanıb. Komandamız XII turda başlayan seriyasını davam etdirib.
Qeyd edək ki, “Qarabağ” Premyer Liqada növbəti oyununu fevralın 3-də “ASCO Arena”da “Səbail”ə qarşı keçirəcək.
“Kəpəz”
96. İqor Rodriqes
29. Amil Yunanov
(26. Adama Niane, 64)
7. Ehtiram Şahverdiyev
14. Elçin Əlicanov
4. Vüsal Məsimov
8. Elmir Tağıyev
88. Şakir Seyidov
9. Mate Kvirkviya
78. Yeqor Xvalko (k)
24. Olavale Onanuqa
21. Martins Junior
(99. Əli Səmədov, 84)
Ehtiyat oyunçular:
12. Kamran İbrahimov
18. Elgün Bayramov
3. Vurğun Hüseynov
10. Tural Rzayev
20. Mahir Həsənov
6. Nemət Musayev
33. Camal Cəfərov
22. Rüfət Əhmədov
15. Cavad Kərimov
91. Latir Fal
Baş məşqçi: Adil Şükürov
“Qarabağ”
23. Luka Quqeşaşvili
20. Riçard Almeyda
(7. Yassin Benzia, 76)
5. Maksim Medvedev (k)
55. Bədavi Hüseynov
(13. Bəhlul Mustafazadə, 63)
24. Aleksey İsayev
27. Toral Bayramov
90. Nəriman Axundzadə
(44. Elvin Cəfərquliyev, 63)
29. Marko Veşoviç
17. Hamidu Keyta
(10. Abdullah Zubir, 63)
19. Redon Cica
(18. Olavio Juninyo, 63)
15. Leandro Andrade
Ehtiyat oyunçular:
99. Andrey Lunyov
89. Amin Ramazanov
30. Abbas Hüseynov
11. Adama Diakabi
2. Mateus Silva
Baş məşqçi: Qurban Qurbanov
