“Qarabağ”dan əzmkar qələbə
“Qarabağ”dan əzmkar qələbə
“Turan Tovuz” – “Qarabağ” – 1:2
Alexandro Serrano, 40 (pen.) // Nəriman Axundzadə, 55, Abdullah Zubir, 63
Komandamız növbəti oyununu keçirib. “Qarabağ” Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz”un qonağı olub.
Komandamızın səfər görüşü “Azersun Arena”da baş tutub. Görüşün ilk yarısında bir qol vurulub. Fasilə ərəfəsində meydan sahibləri penaltidən yararlanıb.
İkinci hissədə hücumların sayını artıran komandamız oyunda dönüş yaradıb. 55-ci dəqiqədə Nəriman Axundzadə hesaba tarazlıq gətirib. 8 dəqiqə sonra Abdullah Zubir “Qarabağ”ı önə çıxarıb.
Beləliklə, komandamız 2:1 hesablı əzmkar qələbə qazanıb. 7 oyunda 16 xal toplayan “Qarabağ” turnir cədvəlində 1-ci yerə yüksəlib.
Qeyd edək ki, komandamız növbəti oyununu oktyabrın 22-də Bilbaoda “Atletik”ə qarşı keçirəcək. Çempionlar Liqasının Liqa mərhələsinin III turunun görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
