“Qarabağ”dan əzmkar qələbə
“Qarabağ”dan əzmkar qələbə
“Qəbələ” - “Qarabağ” - 1:2
Prins Ovusu, 6 // Bədavi Hüseynov, 27, Marko Yankoviç, 79
Komandamız növbəti oyununu keçirib. Misli Premyer Liqasının XVI turunun matçında rəqibimiz “Qəbələ” olub. Bu, “Qarabağ”ın 2025-ci ildə son qarşılaşması kimi yadda qalıb.
Görüş Qəbələ şəhər stadionunda baş tutub. Komandamız matça aşağıdakı start heyəti ilə çıxıb: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 2. Mateus Silva, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Qarşılaşma meydan sahiblərinin erkən qolu ilə başlayıb. Buraxılan qoldan sonra ardıcıl hücumlar quran komandamız ilk yarıda hesaba tarazlıq gətirib. Bədavi Hüseynov rəqib qapısına yol tapıb.
İkinci hissə komandamızın üstünlüyü ilə keçib. Ardıcıl hücumlar oyunun sonlarında bəhrəsini verib. Marko Yankoviç dəqiq zərbə ilə fərqlənib – 2:1.
Beləliklə, əzmkar qələbə qazanan “Qarabağ” 16 oyundan sonra xallarının sayını 36-ya çatdırıb. Komandamız hazırda turnir cədvəlinin lideridir.
Qeyd edək ki, “Qarabağ” növbəti oyununu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində “Ayntraxt”a qarşı keçirəcək. Almaniya klubuna qarşı görüş yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
