“Qarabağ”dan iki cavabsız qol
“Qarabağ”dan iki cavabsız qol
“Neftçi” - “Qarabağ” – 0:2
8 oktyabr 2023. Saat 19:30. “Neftçi Arena”, 5400 tamaşaçı
Baş hakim: Rəşad Əhmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Vüsal Məmmədov
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Sarı vərəqələr: Emin Mahmudov, 45+1 (qeyri-idman hərəkəti); Dieqo Valdez, 68 (qeyri-idman hərəkəti); Lukas Melano, 82 (qeyri-idman hərəkəti) // Julio Romao, 68 (qeyri-idman hərəkəti); Maksim Medvedev, 72 (hakimin qərarına etiraz); Patrik Andrade, 78 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Alin-Nikolae Çita (“Neftçi”), 53 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Sənan Qurbanov (“Neftçi”), 83 (hakimin qərarına etiraz); Miodraq Todorov (“Neftçi”), oyundan sonra (hakimin qərarına etiraz)
Qollar: Olavio Juninyo, 47; Redon Cica, 87
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulub. I dövrənin son turu Azərbaycan derbisi ilə başa çatıb. “Qarabağ” səfərdə “Neftçi” ilə qarşılaşıb.
Komandamız “Neftçi Arena”dakı görüşə ötən turla müqayisədə 5 dəyişikliklə çıxıb. Rahil Məmmədov, Nəriman Axundzadə, Hamidu Keyta, Mateus Silva və Julio Romao ilk “11-lik”də yer alıb. Onlar Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Abdullah Zubir, Yassin Benzia və Marko Yankoviçi əvəzləyiblər.
Matça fəal başlayan “Qarabağ” erkən qola yaxın olub. Leandro Andradenin zərbəsini rəqib qapıçı dəf edib. Qarşılıqlı hücumlarla davam edən dəqiqələrdə komandamız üstünlüyü də ələ ala bilib. Nəriman Axundzadənin çərçivəyə iki zərbəsinin qarşısını da “Neftçi”nin qapıçısı alıb. İlk yarının sonunadək daha çox hücum edən “Qarabağ” olub. Lakin Olavio Juninyo, Mateus Silva və Rahil Məmmədovun zərbələri çərçivəyə düşməyib. Meydan sahiblərinin hücumlarının önünü inamla kəsən müdafiə xətti qapımız önündə təhlükəyə imkan verməyib. Andrey Lunyov bir epizodda “seyv”ə imza atıb.
İkinci hissə qolla başlayıb. Leandro Andradenin ötürməsindən sonra Olavio Juninyo bakılıların qapısına yol tapıb. Çempionatın bombardiri mövsümdə 6-cı qolunu vurub. Hesab açıldıqdan sonra komandalar qarşılıqlı hücumlar təşkil edib. Meydan sahiblərinin fərqlənməyə yaxın olduğu epizodda Maksim Medvedevin etibarlı oyunu diqqət çəkib. Hissənin ikinci yarısında paytaxt təmsilçisi fəallıq göstərsə də, arxa xətdə etibarlı oyun göstərən komandamız daha bir qol vurub. Redon Cica meydan sahiblərinin qapısına qarşısıalınmaz zərbə vurub – 2:0. “Qarabağ” Azərbaycan derbisində 2:0 hesabı ilə qalib gəlib və aktivinə daha üç xal əlavə edib.
“Neftçi”
1. İvan Brkiç
8. Emin Mahmudov (k)
2. Qara Qarayev
(14. Eddi İsrafilov, 75)
3. Höccət Haqverdi
7. Azər Əliyev
4. Mark Tamaş
5. Kenni Sayef
(6. Dieqo Valdez, 46)
23. Ataa Caber
(25. Aaron Olanare, 46)
44. Yuri Matias
11. Kilan Lebon
(99. Ervin Koffi, 46)
77. Yeqor Boqomolski
(16. Lukas Melano, 66)
Ehtiyat oyunçular:
30. Aqil Məmmədov
93. Rza Cəfərov
10. Filip Ozobiç
17. Rəhman Hacıyev
19. Azər Salahlı
22. Reziuan Mirzov
9. Andre Şinyaşiki
Baş məşqçi: Adrian Mutu
“Qarabağ”
99. Andrey Lunyov
5. Maksim Medvedev (k)
4. Rahil Məmmədov
27. Toral Bayramov
90. Nəriman Axundzadə
(44. Elvin Cəfərquliyev, 68)
66. Patrik Andrade
(20. Riçard Almeyda, 90+1)
17. Hamidu Keyta
(10. Abdullah Zubir, 68)
18. Olavio Juninyo
(19. Redon Cica, 84)
2. Mateus Silva
6. Julio Romao
15. Leandro Andrade
(8. Marko Yankoviç, 84)
Ehtiyat oyunçular:
23. Luka Quqeşaşvili
89. Amin Ramazanov
30. Abbas Hüseynov
83. Nihad Quliyev
11. Adama Diakabi
Baş məşqçi: Qurban Qurbanov