“Qarabağ”dan iki cavabsız qol

single-news
25 Fev 2024

“Qarabağ”dan iki cavabsız qol



“Qarabağ” – “Sumqayıt” – 2:0

25 fevral 2024. Saat 19:00. T. Bəhramov adına Respublika Stadionu, 560 tamaşaçı

Baş hakim: Nicat İsmayıllı

Baş hakimin köməkçiləri: Teymur Teymurov, Asiman Əzizli

Dördüncü hakim: Vüqar Həsənli

VAR: Rəşad Əhmədov

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Elvin Bədəlov, 77 (qeyri-idman hərəkəti); Abu Dosso, 90+3 (qeyri-idman hərəkəti)

Qollar: Adama Diakabi, 52; Yassin Benzia, 83

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 3 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXIV turunda “Sumqayıt”la qarşılaşıb. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

 

Baş məşqçi Qurban Qurbanov “Braqa” ilə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə müqayisədə heyətdə dəyişikliklər edib. Luka Quqeşaşvili, Riçard Almeyda, Maksim Medvedev, Abbas Hüseynov, Aleksey İsayev, Nəriman Axundzadə, Patrik Andrade, Adama Diakabi, Mateus Silva və Redon Cica ilk dəqiqələrdən meydana çıxıblar.

 

Komandamız görüşə hücumlarla başlayıb. Fəallıq nümayiş etdirən “Qarabağ” üstünlüyü ələ alıb. Ardıcıl hücumlar quran komandamızın heyətində Nəriman Axundzadə və Elvin Cəfərquliyevin zərbələri yaddaqalan alınıb. Fasilə ərəfəsində Adama Diakabi qol vurmağa yaxın olub.

 

İkinci hissə qolla başlayıb. Riçard Almeydadan ötürmə alan Diakabi qonaqların qapısına yol tapıb – 1:0. Bu, Adamanın mövsümdə 3-cü qolu olub.

 

Hesab açıldıqdan sonra qonaqlar fəallığı artırsalar da, “Qarabağ” fərqi artırmaq imkanları əldə edib. Yassin Benzia və Olavio Juninyo əlverişli imkanlar qazansa da, bundan yararlana bilməyiblər. Lakin Yassin Benzia qol vurmağı bacarıb. O, görüşün sonlarında rəqib qapısına yol tapıb – 2:0. Komandamız matçın sonunadək hücumlarını davam etdirsə də, hesab dəyişməz qalıb.

 

Beləliklə, “Qarabağ” ev oyununda iki cavabsız qolla qalib gəlib. Komandamız növbəti matçını fevralın 28-də “Qəbələ”yə qarşı keçirəcək. Misli Premyer Liqasının XXIII turundan təxirə salınan oyun Qəbələ şəhər stadionunda baş tutacaq.

 

“Qarabağ”

23. Luka Quqeşaşvili

20. Riçard Almeyda

(7. Yassin Benzia, 58)

5. Maksim Medvedev (k)

30. Abbas Hüseynov

24. Aleksey İsayev

44. Elvin Cəfərquliyev

90. Nəriman Axundzadə

(27. Toral Bayramov, 69)

66. Patrik Andrade

11. Adama Diakabi

(15. Leandro Andrade, 69)

2. Mateus Silva

19. Redon Cica

(18. Olavio Juninyo, 69)

 

Ehtiyat oyunçular:

 

99. Andrey Lunyov

89. Amin Ramazanov

55. Bədavi Hüseynov

13. Bəhlul Mustafazadə

29. Marko Veşoviç

10. Abdullah Zubir

8. Marko Yankoviç

6. Julio Romao

 

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”

1. Mehdi Cənnətov

14. Elvin Bədəlov (k)

7. Rövlan Muradov

(58. Oktavio Manteka, 70)

17. Murad Xaçayev

8. Səbuhi Abdullazadə

19. Roi Kehat

11. Kasimir Ninqa

(9. Erik Sorqa, 60)

12. Abu Dosso

4. İsa Suliman

10. Kamran Aliev

71. Masaki Murata

 

Ehtiyat oyunçular:

 

15. Orxan Sadıqlı

32. Murad Ağamalıyev

30. Kamran Quliyev

20. Ayxan Süleymanlı

21. Nihad Əhmədzadə

35. Sənan Muradlı

 

Baş məşqçi: Samir Abasov

Paylaş